Müğənni Nadir Qafarzadə xanım ifaçılarla bağlı qalmaqallı açıqlama verib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "10-dan sonra" verilişində sənətçi xanımların bəzilərini əxlaqsız adlandırıb:
"Fikir vermişəm, kim efirlərdə açıq-saçıqlığı, əxlaqı normalara zidd olan şeyləri təbliğ edirsə, onlara hörmət qoyurlar. Burada söz xanım ifaçılardan gedir. Əxlaqlı qadının hörməti onlarınkından azdır. Tədbirdə birinci gedib əxlaqsızla görüşürlər, sonra yadlarına düşsə əxlaqlıya əl uzadırlar. Nə yazıq ki, bu, hazırki dövrün həqiqətidir. İnsanlar var ki, deyirlər, mənim qızım filan müğənniyə oxşasın. Yaxşı ki, qızım yoxdur, bu zamanda çətindir. İndi namussuzların hörməti çoxdur, bunu danmaq olmaz".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub