Nirvana qrupunun əfsanəvi solisti Kurt Kobeynin son gitarası hərraca çıxarılır.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, gitaranı 25 min dollara eBay-də satışa çıxarıblar. Hagstrom Blue Sparkle Deluxe markalı gitara Kobeynin sol əli üçün nəzərdə tutulub. O, bu gitaranı 1992-ci ildə əldə edib.
Kurtun ölümündən sonra onun dul arvadı Kortni Lav gitaranı başqa bir musiqiçiyə hədiyyə edib. Daha sonra gitaranı Portlenddə yerləşən Black Book Guitars məşhur gitara mağazasının sahibi əldə edib.
Musiqi alətinin Kurta məxsus olduğunu gitara üzrə ekspert Erni Beyl təstiqləyib.
Açıq hərrac fevralın 26-da eBay-də keçiriləcək.
Qeyd edək ki, fevralın 20-də əfsanəvi rok ulduzun 50 yaşı tamam olur.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub