Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova sosial şəbəkələrdə haqqında yazılan rəylərə əsəbləşib. O bu haqda Milli.Az-a açıqlama verib.
"Günlərdir sosial şəbəkələrdə ancaq məni müzakirə edirlər. İnanın Allaha, rəyləri oxuduqca, əsəbləşirəm. Mən ərə getmirəm və hələ ki, bu haqda fikirləşmək istəmirəm. Sadəcə mənə sual verildi və bildirdim ki, elçilərim var. Bu o demək deyil ki, mən ərə gedirəm. Mənim hələ evdə ailə həyatı qurmalı bir qızım var. İkincisi də ərə gedəndə kimdənsə icazə almalıyam? Mən müstəqil insanam və qərarları özüm verirəm. Qadın ərə gedəndə çox qınaq edirlər, amma tək yaşayanda gəlib biri soruşmur ki, necə dolanırsan? Başa düşə bilmirəm ki, ərə gedib-getməməyim niyə insanları bu qədər qıcıqlandırır?" - deyə aktrisa bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub