Noyabrın 18-də Çində “Miss World - 2017” gözəllik müsabiqəsi keçiriləcək. Ölkəmiz bu il adıçəkilən müsabiqədə təmsil olunmayacaq. Buna səbəb “Miss Azerbaijan – 2017”-nin qalibi seçilən Raziyyat Əliyevanın müsabiqədə iştirak etməkdən imtina etməsidir.
Raziyyat Əliyeva - “Miss Azerbaijan – 2017”
Mynews.az bildirir ki, bu barədə Oxu.Az-a “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova məlumat verib.
Anelya Orduxanova - “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı
“Birinci seçilən model müsabiqədə iştirak etməkdən imtina edib. Mən dəfələrlə ona bu yarışmaya qatılmağı təklif etdim, amma razılaşmadı. O, özünə yeni model akademiyası açıb. Başı ona qarışıb.
Eyni zamanda, həmin müsabiqədə yalnız qeydiyyatdan keçmək üçün böyük məbləğdə pul tələb olunur. Mən hələ yolpulunu demirəm. Məsələn, “Miss Azerbaijan - 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanova orada iştirak etməyi çox arzu edirdi, lakin onun “Miss Worldb - 2014”-də iştirakı üçün 25 min manat lazım idi. Cavidan cəmi 10 min toplaya bilmişdi. Bizim təşkilatı isə dövlət maaliyyələşdirmir, ona görə qaliblərimizə həmin müsabiqədə iştirak etməyə kömək edə bilmirik. Hər hansı sponsor bütün xərcləri öz boynuna götürsə, iştirak etmək olar.
Cavidan Qurbanova - “Miss Azerbaijan - 2014”
İndiyədək Azərbaycandan “Miss World”də yalnız “Miss Azerbaijan - 2012”-nin qalibi Aysel Manafova iştirak edib. Çünki təmsilçimizin “Miss World”də iştirakı üçün bütün xərcləri Ağalarovlar ödəyib”, - deyə A.Orduxanova bildirib.
Aysel Manafova - “Miss Azerbaijan - 2012”
Bu il Azərbaycanın ən gözəl qızı seçilən Raziyyat Əliyeva “Miss World - 2017”-yə qatıla bilməyəcəyi haqda məlumatı saytımıza təsdiqləyib. O, həm də “Xəzər TV”-də aparıcı kimi də fəaliyyətə başlayıb.
“Miss World - 2017”-də 109 ölkənin təmsilçisi mübarizə aparacaq. Onlardan “Top - 40” seçiləcək. Finalda isə 20 iştirakçı yarışacaq.
Bu il müsabiqədə debüt edən ölkələr isə İraq, Laos, Seneqal və Ermənistan olacaq.
Müsabiqənin ötənilki qalibi Puerto-Riko təmsilçisi Stefani Del Vale olub.
Stefani Del Vale “Miss World - 2016”
“Miss World - 2017”-də mübarizə aparacaq namizədlərdən bəzilərini təqdim edirik:
Türkiyə - Aslı Sümen
Rusiya – Polina Popova
Avstraliya – Esma Voloder
Yaponiya - Haruka Yamaşita
Meksika - Andrea Meza
Norveç - Selin Herrqaden
Filippin - Laura Lemann
Ukrayna - Polina Tkaç
ABŞ - Klarissa Bouers
Venesuela - Ana Karolina Uqarte
Fransa - Avrora Kişnen
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub