Türkiyənin tanınmış müğənnisi Murad Boz “Bir Hülya Avşar sohbeti” verilişinin qonağı olub.
Mynews.az xəbər verir ki, o, uşaq yaşlarında səhnədən qorxduğunu və nifrət etdiyini bildirib.
“Atam mahnı ifa etməyimi çox istəyirdi. 14 yaşıma qədər səhnəyə çıxmaq, mahnı oxumaqdan nifrət edirdim. Demək olar ki, məndə sənət həvəsini atam yaradıb. Bir çox müğənnilərin bek-vokalçısı olmuşam. Tarkan isə çörəyini yediyim insandır. Onunla işbirliyimizi ayırdıqdan sonra media bizi reytinq xətrinə gah dost, gah da düşmən kimi təqdim edirdi.
Tarkanın Bakıdakı konsertindən sonra səhnəni sevdim. O, mənə səhnədə “Asla” mahnısını oxutdurdu. Bizi təxminən 35-40 min tamaşaçı izləyirdi. Orada sənətimə aşiq oldum və müğənni olmağa qərar verdim”, - deyə M.Boz bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub