Türkiyə vətəndaşı ilə ailə qurub, İstanbula köçən aktrisa Cəmilə Tağıyeva həyat yoldaşının ikinci xanımı olması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com saytına açıqlama verən aktrisa həyat yoldaşının birinci evliliyindən xəbərdar olduğunu deyib: “Həyat yoldaşımın daha öncə evlənib boşandığını bilirəm. Bir ilə yaxın evli olublar. 4 ildir ki boşanıblar. Uşaqları da var. Qadın hər yerdə deyir ki, uşaq xəstədir, yoldaşım ona baxmır. Yalandır, sadəcə pul almaq istəyir. İkimizi də şantaj edir. Deyir, pul verməsəniz, ikinizi də biabır edəcəyəm. Mənə yazsa da, cavab vermirəm. Həyat yoldaşım onu məhkəməyə verib, mən də məhkəməyə müraciət edəcəyəm. Hamıya yalandan deyir ki, uşağım xərçəng xəstəsidir. Amma elə deyil. Uşaq sağlamdır. Yoldaşım uşağına vaxt da ayırır, maddi kömək də edir. Qadın biznes qurub, batırıb. Yoldaşım evli olarkən ona 100 min pul verib. Biz qanunla danışacağıq”.
Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı olan Murad Təmizlə ailə həyatı qurub. Cütlüyün İstanbulda da nikah mərasimi baş tutub.
M.Təmizin keçmiş həyat yoldaşı Azərbaycan xəbər portalları ilə əlaqə saxlayaraq cütlük haqqında müxtəlif iddialar səsləndirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub