ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Dilarə Əliyeva maraqlı açıqlamalar verib.
O, komediya janrının ona daha yaxın olduğunu vurğulayıb:
"Daha çox komediya janrında oynayanda özümü rahat hiss edirəm. Mən komediyanı çox ciddi janr hesab edirəm. Hətta nəfəsin düzgün alınıb-verilməməsi belə bütün hissəni poza bilər. Mən də ciddi işlə məşğul olmağı çox sevirəm. Özümə qarşı qadağalarım var. Açıq-saçıq səhnələrdə oynamaq, yüngül həyat tərzi sürən bir obrazı canlandırmaq istəmirəm".
Daha sonra aktrisa tərəf-müqabili olan əməkdar artist Rafael İsgəndərovun onun haqda xoş sözlər deməsindən və üzr istəməsindən duyğulanıb:
"Mənim Rafaelə qarşı heç bir incikliyim yoxdur. Dediyi gözəl sözlərə görə çox sağ olsun. Bizim onunla tandemimiz uğurlu alınmışdı. Harada olsam, hansı məclisə getsəm, "Eşqin, məhəbbətin" mahnısı çalınan kimi hamı mənə baxır. Mən də Məhəbbət olaraq hələ də çox sevilirəm. Bu da Qüdrətin məharətidir ki, çox uğurlu alındı. Çox işlərim, çox tandemlərim olub, amma bu, onların gözüdür".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub