"Əsəblərin sakitləşməsi, stressdən qurtulmaq üçün ən gözəl vasitələrdən biri". Bu sloqanla reklam edilən "Baa Baa Land" filminin nümayişi başlanıb.
Milli.Az bildirir ki, "Calm" studiyasının çəkdiyi 8 saatlıq (!) bu kinofilmdə dialoqlar, aktyorlar, ssenari, süjet xətti yoxdur. Olan İngiltərənin Esseks qraflığındakı Tetri fermasında, çəmənlikdə otlayan qoyunlardır.
Filmin "ssenari müəllifi" Piter Fridman, rejissoru Qart Tomasdır.
Q.Tomasın dediyinə görə, o, kinematoqrafda "asta kino" adlanan və minimalizmlə uzun kadrlara istinadən edən fənddən istifadə edib.
Tənqidçilər bu lenti dünyanın ən uzun, ən darıxdırıcı lenti adlandırırlar.
"Baa Baa Land" stressə və əsəbə qarşı meditativ relaks vasitəsi kimi təqdim olunur.
Effekt isə tam tərsinədir. Tamaşaçıların dediklərinə görə, onlar filmə baxandan sonra qoyunlara nifrət etməyə başlayıbloar.
"Filmə baxanda iki saatdan sonra qoyunlara nifrət edirsən. 6 saatdan sonra ekrandan mələşmə səsini artıq eşitmirsən. Film başa çatanda isə qoyun kəsib yaxşı yemək bişirməkdir istəyin. Bu film hətta vegetarian insanlarda belə, qoyun əti yemək istəyi yaradır", - tamaşaçılardan biri deyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub