Məleykə Əsədova: " Ata və anamın ruhuna görə, onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə, cavab verəcək. Məndən mərhəmət gözləməsinlər"
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə görə Məleykə Əsədovadan üzr istəyib. Xalq artisti Ramiz Məlik baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir:
"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm”.
Ramiz Məlikin üzrxahlığını Məleykə Əsdəovanın qəbul edib etməyəcəyi isə hələki bəlli deyil.
Məsələyə münasibətini öyrənmək üçün M.Əsədovanın özü ilə əlaqə saxladıq.
O "Sherg.az"a açıqlamasında məsələni belə izah etdi: "
« Mən bu günə qədər heç bir qalmaqalda aldı hallanan sənətkar olmamışam. Həmişə hamıya xoş niyytli olmuşam. Öz balaca dünyamda sənətim və qızımla məşğul olmuşam. Mənim balaca dünyamda çirkinliyə yer olmayıb. Amma anama, atama, qızıma "dil uzadan", onları təhqir edən insanı bağışlaya bilmərəm. Bunun məndən heç kim gözləməsin. Anam nurani qadın olub. Axı, dünyasını dəyişən bir insana necə dil uzadıb böhtan atmaq olar ( Bu ifadələrdən sonra M.Əsədova susur və qəfil hönkürərək ağlayır) Mənim validyenlərimin hər ikisi mədəni, əxlaqlı insanlar olub. Ailəmi tanıyanlar nə qədər mədəni bir ailəmiz olduğunun bilir. Heç kimə imkan vermərəm ki, şəxsi həyatıma, ailəmə "dil uzadıb" məni həqiqətə uyğun olmayan böhtanlarla ləkələsin. Allahdan qorxmur bu insan? Dünyasını dəyişən insanlar barədə böhtan danışmaq nə qədər əxlaqa sığır ?! Kim yerimdə olsa, bağışlayarmı? Ramiz Məliki qətiyyən bağışlmaq niyyətində deyiləm. Kim ona o ixtiyarı vermişdi ki, ailəmi belə çirkin ifadələrlə təhqir etsin. Qızıma, ölənlərimə böhtan atıb "dil uzatsın". Amma Ramiz Məlik saytlarda ailəm, anam, atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ata və anamın ruhuna görə onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç vaxt məhkəməyə müraciət etməmişəm. Amma bu dəfə ailəmə "dil uzatdılar". Məndən mərhəmət gözləməsinlər. Qanun çərçivəsində o təhqirlərə görə, Ramiz Məlik cavab verəcək. Kimliyindən asılı olmayraq ailə "dil uzadanlar"ın cavabının verəcək qədər isə güclü qadınam. Mənim Azərbaycan qanunlarının aliliyinə inanıram. Məhkəmədə o təhqirlərinə görə, cavab verməyə borcludur. ”
Xatırladaq ki, iki həmkar arasında mübahisəyə səbəb aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar olub. Fotoları görən aktyor həmkarına həmin şəkillərlə özünü, ona verilən fəxri adı və teatr kollektivini biabır etməməyi məsləhət görüb.