Müğənni-bəstəkar Emin Ağalarov keçirdiyi "Jara” festivalına xərclədiyi məbləği açıqlayıb.
Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Forbes” dərgisinin Rusiya versiyasına müsahibəsində bildirib ki, festival zamanı xeyli xərcə düşüb:
"Bu il "Jara” festivalına 5 milyon dollar xərclənib. Ötən il festivala 2,6 milyon dollar pul xərcləndi. Onun 1,2 milyonunu bilet satışından və sponsorlardan geri qaytara bildik. Keçən il 1,4, bu il isə 2,5 milyon dollar ziyana düşmüşük. Bu festival eyni zamanda mənim sahibi olduğum otelin reklamıdır”.
Emin bildirib ki, gələcəkdə festivalı daha da genişləndirməyi planlaşdırır:
"Bu işə digər bizneslər kimi baxıram. Bunun üçün uzun illər lazımdır. Hansısa otel 10-12 ildən sonra gəlir verir. Daşınmaz əmlakda isə özünü tutmaq üçün 8-10 il lazımdır.
Festival da inkişaf edir. Əgər hər şey belə davam etsə, gələcəkdə onu beynəlxalq edəcəm, xarici ulduzların konsertlərini keçirəcəm. Bunun üçün Amerika kanalları ilə danışmaq, yayımı orada da etmək lazımdır.
Festival ildən-ilə inkişaf edəcək, beləcə, mən də "Jara”dan qazana biləcəm”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub