Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar.
Mynews.az xəbər verir ki, eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.
Təlaşlı və nisbətən gərgin görünən məşhurların hər ikisinə təklif gələrsə, eyni filmdə oynayıb-oynamayacaqları barədə sual ünvanladıq. Ç.Məlikzadə “Şəxsi həyatımla bağlı suallar verməyin” deyərək, sualımızı cavabsız qoydu.
Bir neçə müddət öncə Ç.Məlikzadədən boşanan Ə.Məmmədli isə suallarımıza belə cavab verdi:
“Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik. Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm”.
Qeyd edək ki, evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur.(publika.az)
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub