Bir neçə gün öncə məşhur meyxanaçı Rəşad Dağlının, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlaması haqqında mətbuatda məlumat yayılmışdı.
Bildirilirdi ki, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar veriblər. Tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnib. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı da bildirilirdi.
Mynews.az Metbuat.az-a istinadən məlumatına görə, sosial şəbəkədə yayılan görüntüdə iddia olunur ki, Rəşad Dağlı həmkarını məhz bu toyda bıçaqlayıb. Videodan görünür ki, Rəşad Dağlı əsəbi halda meyxana deyir. Rüfət Nasosnu isə onunla deyişmir.
Qeyd edək ki, sözügedən toy mərasimi bir neçə gün öncə baş tutub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub