Xalq artisti Gülyaz Məmmədova əməkdar artist Elnarə Abdullayevanın, “Oğluma müğənni qız almaram” sözlərinə qarşı çıxıb.
Mynews.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xalq artisti əməkdar artistin fikirləri ilə razı olmadığını deyib:
"Oğlumun müğənni ilə ailə qurmasını niyə istəməyim ki? "Oğluma müğənni qız almaram" sözünü mənim tələbə yoldaşım Elnarə Abdullayeva işlətmişdi. Mənim sevmədiyim bir fikirdircümlədir. Bu, onun öz fikridi. Yəqin istəyib ki, gəlini evdar olsun. Oğlum müğənni qız istəsə, uzlaşsalar, alaram. Özüm də bu sənətin içindəyəm. Bu aləmin içində şəxsi həyatını özün qura bilmirsənsə, səhvlərə yol verirsənsə, sənətin nə günahı var?"
Qeyd edək ki, bu mövzuya görə E.Abdullayeva ilə müğənni Xatirə İslam arasında bir müddət öncə qalmaqal yaşanmışdı. X.İslam xanəndəyə, “Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni qız almaram” sözlərini söyləmişdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub