“Miss Grand Myanmar - 2017” titulunun sahibi, 19 yaşlı Shwe Eain Sinin tacı Rohinca müsəlmanları ilə bağlı paylaşımından sonra əlindən alınıb.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, o, Myanma hökumətinin terror təşkilatı olaraq xarakterizə etdiyi Arakan Rohinca Qurtuluş Ordusunun (ARSA) Rakhayn əyalətində şiddətə səbəb olmaqda günahlandıran bir videousunu “Facebook” hesabında paylaşıb. Gözəllik yarışmasını təşkil edən “Hello Madam Group” gözəlin tacını siyasi şərhləri səbəbi ilə geri almağa qərar verib.
Onun paylaşdığı videoda işgəncə çəkmiş uşaqlar görünür və Shwe izləyicilərinə səsləndiyi videoda bu şiddətin səbəbkarının ARSA olduğunu söyləyir.
Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub