“Oğlum müğənni ilə sevgili ola bilər, amma ailə qurmaq olmaz"
![](https://img.mynews.az/news/2017/10/photo_27333.jpg)
Azərbaycanlı müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirmək istəyindən danışıb.
Mynews.az-ın məlumatına görə, "APA TV”-nin "Show time” verilişinə qonaq olan müğənni "Oğlunuzun müğənni qızla evlənməsinə razı olardınızmı?” sualına cavab verib. O bildirib ki, oğlu yalnız onun dediyi qızla ailə qura bilər:
"Oğlumu başqa sahəyə yönləndirirdim, mənə dedi ki, ata, məni musiqidən ayırma. Mən də ayırmadım. Amma oğlumun evlənmək məsələsi mənlikdi. Mən kimi deyəcəm, onu da alacaq. Ola bilər ki, hansısa müğənni ilə sevgili həyatı yaşasın. Amma oğluma elə tərbiyə vermişəm ki, mən deyəni edir. Özü də deyir ki, sən nə desən, o da olacaq. Özünə də demişəm ki, bu həyatda seçimlərində nələrə getmək lazım olduğunu mən yönləndirəcəm”.
Aparıcının müğənniyə ünvanladığı "Sözünüzdən belə çıxır ki, müğənni ilə sevgili həyatı yaşamaq olar, amma ailə qurmaq yox?” sualına isə müğənni belə cavab verib: "Bunların hamısını həyat göstərər. Bu, Allahın işidir. Konkret nəsə demək olmaz. Bəlkə də ola bilər ki, müğənni qız istəyə, mən də nəsə deyə bilməyəm. Hər şey mənim nəzarətimdədi. Tam kişi olana qədər onu mən yönləndirəcəm. Ondan sonra nə edəcəyini özü bilər. Çünki bu işlərdə mənim başım daşlara dəydi. Amma məni yıxa bilmədilər. Ona görə də istəmirəm ki, mənim başıma gələnlər oğlumun da başına gəlsin”.
Maqazin
- Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq 1201 dəfə oxunub
- İldırım vuran 2 uşaq belə xilas edildi 1015 dəfə oxunub
- Antalyada meşə yanğını başladı 989 dəfə oxunub
- Xalq artisti oğlunu əsgərliyə yola saldı - Təzə evlənmişdi... - FOTO 198 dəfə oxunub
- Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA 189 dəfə oxunub