Bir neçə gündən sonra başlayacaq "Maşın Şou"-da iştirak edən müğənni Vüqar Muradov şouda iştirakı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Mynews.az xəbər verir ki, bu barədə BiG.AZ-a danışan müğənni yarışmada qalmaqala tuş gəldiyi halda əlini maşından götürəcəyini və yarışmanı tərk edəcəyini bildirib: "Maşın şouda iştirak edəcəyəm. Maşın şoudan sonra yaxşı mahnılarım olacaq. Şouda kimlərin iştirak etdiyindən tam məlumatsızam. Heç maraqlanmamışam da kimlər olacaq. Mənim üçün fərqi yoxdu orda kimlər olursa olsun. Hər bir halda o şouda Andranik olmayacaq, öz həmyerlilərimiz olacaq.
Mən ancaq o halda o şouda iştirak etmərəm ki, orada Filip Kirkorov iştirak etsin. Özümə güvənirəm, qalibiyyət iddiam var. Amma heç kim öncədən deyə bilməz ki, mən qazanacam maşını. Bunu oradakı abu-havadan sonra demək olar. Bəlkə kiminsə səndən xoşu gəlmədi, səs toplayıb səni çıxartdı? Bunu hardan bilə bilərik ki?
Maşın şoudan açığı ehtiyyat edirəm. Qalmaqallı şoudur, iştirakçılar da qalmaqallıdır. Bacardığım qədər də qalmaqaldan uzaq duracağam. Əgər qalmaqala çəkilsəm də nələr olacağı bəlli olmaz. Hər şey ola bilər. Elə əsəbləşə bilərəm ki, orda ya gərək ciddi aqressiya nümayiş etdirəm, ya da gərək əlimi götürəm çıxam yarışmadan. Belə olsa mən əlimi götürüb yarışmanı tərk edəcəyəm".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub