"Bizim şou-biznes çox geridədir. Mən demirəm ki, mən hamıdan yaxşıyam. Sadəcə istərdim ki, yeni bir stil gətirək. Heç bir zaman unudulmaq istəmirəm. Belə düşünürəm ki, mən öz yerimi artıq tutmuşam".
Mynews.az-ın məlumatına görə, müğənni Nigar Camal bu sözləri "ATV maqazin onlarla" verilişində qonaq olarkən söyləyib:
"Bizim xanım ifaçılarımız ərə gedəndən sonra həyat yoldaşları onlara oxumağa icazə vermirlər. Bu normal bir şeydir, mən onları başa düşürəm. Əgər mən kimisə çox sevsəm sənətdən düşünmədən gedərəm. Şəxsi həyat mənim üçün daha önəmlidir. Əsas sevgi olsun. Sevgisiz həyat nə qədər rahat olursa, bir o qədər də darıxdırıcı olur".
İfaçı onu tez-tez məşhur müğənni Cenifer Lopezə bənzədilməsindən də danışıb:
"Əgər mənə desələr ki, Cenifer Lopezə bənzəyirsən, buna sevinərəm. Gözəl qadındır. Yox Ledi Qaqa desələr çox pis olaram. Elza Seyidcahanın hər dəfə fərqli stildə efirə çıxması isə məndə maraq doğurur".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub