Cinlər insanlar kimi Allahın yaratdığı məxluqlardır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım." (əz-Zəriyət, 56).
Cinlər də insanlar kimi mömin və kafir olur və Qiyamət günü əməllərinə görə sorğu-sual olunacaqlar: "Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır. Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar". (əl-Cinn, 14-15)
Mynews.az zikr.az-a istinadən bildirir ki, cinlərdən kafir olub Allaha üsyan edənlər şeytan adlanır. Uca Allah belə əməl edən insanları da şeytan adlandırmışdır: "Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər" (əl-Ənam, 112). "(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!" (ən Nəs, 5-6).
Uca Allah Quranda bəzi yerlərdə Şeytan sözü ilə onların başçısı İblisi də adlandırmışdır. "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"- dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız". Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır". (əl-Bəqərə, 34-36)
1
Prezident ailəsinin Trampla FOTOLARI
1139 dəfə oxunub
2
Prezident tarixi sənədi imzaladı – VIDEO
1109 dəfə oxunub
3
"Fənərbağça"dan "Qarabağ"ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
1053 dəfə oxunub
4
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1027 dəfə oxunub
5
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1008 dəfə oxunub