Əməkdar artist Röya Ayxan “Altın Kelebek”in namizədləri sırasına daxil olub.
Publika.az-ın məlumatına görə, Röya burada “Ən yaxşı pop qadın müğənnisi” nominasiyası uğrunda mübarizə aparacaq. İndiyədək bu nominasiyalara Türkiyənin məşhur simaları Gülşen, Hande Yener, Hadise, Demet Akalın və başqaları sahib olub. Namizədlər arasında türk estradasının tanınmış qadın müğənniləri Ajda Pekkan, Burcu Güneş, Gülşen, Gülben Ergen, Hande Yener, Hadise, Sezen Aksu, Sertab Erener, Nilüfer və başqaları da yer alıb.
Qeyd edək ki, sayca 44-cü dəfə keçiriləcək “Altın Kelebek Türkiyə musiqi mükafatları”nda səsvermə dekabrın 10-na kimi davam edəcək.
Röyaya səs vermək üçün "Altın Kelebek Ödülleri"nin saytına daxil olmaq kifayətdir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub