Məşhur “Vicdan haqqı” serialının ssenari müəllifləri qrupuna bir nəfər də əlavə olunub. Bu, tanınmış aparıcı Asif Bağırovdur.
Mynews.az xəbər verir ki, A.Bağırov Azərbaycan Texniki Universitetinin Radiotexnika fakültəsinin məzunudur. Əmək fəaliyyətinə 1990-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində başlayıb.
1991-ci ildə ANS TV-yə (artıq telekanalın lisenziyasına xitam verilib) işə qəbul olunub. 17 il müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, “Vicdan haqqı”nın indiyədək yayımlanan bölümlərinin ssenari müəllifləri Rövşən İsax və Vüqar Əmirov, 33-52-ci bölümlərdə Zəhra Rüstəmova, Elşən Zeynallı, Şəbnəm Tofiqqızı, Flora Hüseynova olub.
Ekran əsəri 2016-cı ilin fevralından etibarən “ATV” telekanalında yayımlanır. Quruluşçu rejissoru Rövşən İsaxdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub