"O xanım reklam istəyirsə müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim".
Mynews.az xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.
İslamın sosial şəbəkədəki paylaşımlarına xoşagəlməz sözlər yazan Tunaya aktyorun cavabı gecikməyib. Bu barədə BiG.Az-a danışan İslam Mehrəliyev Tunaya özünəməxsus şəkildə cavab verib: "Rövşanə xanımın verlişində demişdim ki, sosial şəbəkədə məni tənqid edə bilərlər lakin təhqir edə bilməzlər. Hansısa xanım rəydə söyüşlə yazır ki, Azərbaycan kişisi belə olmaz. Mən də demişəm ki, onun əri hara baxır? Başqa kişiyə təhqirli rəylər yazır.
O ki, qaldı Tunay xanıma, mən onu tanımıram, bilmirəm müğənnidi, kimdir, nə işlə məşğuldur. Əgər Tunay xanıma xoş gəlməyibsə mənim sözlərim deməli ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın. Mənim bu sözlərim onu niyə bu qədər narahat edir anlamadım. İstəyirsə Azərbaycan xanımlarının dırnaq arası tərəfini saxlasın, onların mövqeyindən çıxış etsin, deyim ki bizim qadınlara təhqirlə fikir bildirmək yaraşmaz. Birdə ki xəbər başlığını oxuyanda girib içinidə oxusun, görsün nə yazılıb. Başlığını oxuyub başa düşdüyü tərzdə fikir bildirməsin.
Özünü reklam etdirmək istəyirsə yaxınlaşsın mənə, filmlərimdə ona rol verim, yol göstərim. Bu cür xəbərlərlə gündəmə gəlməsin".
Həmçinin İslam Mehrəliyev jurnalistlərə səslənərək rəsminin media orqanlarında Tunay xanımla birlikdə qoymamağını xahiş edib: "Saytlardan xahiş edirəm onun şəklini mənim şəklimlə birgə qoymayın. Hansısa gənc yazar ki, "İslamla qadın" o xanımla şəklim çıxsın istəmirəm.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1139 dəfə oxunub
2
Prezident tarixi sənədi imzaladı – VIDEO
1109 dəfə oxunub
3
"Fənərbağça"dan "Qarabağ"ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
1053 dəfə oxunub
4
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1027 dəfə oxunub
5
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1008 dəfə oxunub