"Həmin gün səhnədə doğruçu, səmimi Aygün Kazımovanı gördüm. Mən də hamı kimi sevindim, təbrik edirəm. Çox səviyyəli idi. Hər şeydən xoşum gəldi, axarıncı olsun".
Mynews.az axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi illərdir küsülü olduğu xalq artisti Aygün Kazımovanın ünvanına deyib.
Natavan Kazımovanın "Kristal hall"da baş tutan solo konsertindən bir gün əvvəl sosial şəbəkədə etdiyi paylaşımdan danışıb. Sənətçi "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, bunu pis məqsədlə etməyib:
"Kiminsə uğuruna pis olanlardan deyiləm. Məni paxıl kimi təqdim etmək istədilər. Mən paxıl deyiləm.
Elə xoşbəxtlik mənim də şansıma düşdü. Festival çərçivəsində "Kristal hall"da Miri Yusif, Kənan Doğulu və mən çıxış etmişəm. 65-53 min insan var idi. Minlərlə bir yerdə mahnı oxumaq insanda gözəl təəssürat yaradır. Mənim paylaşımım qalmaqal yaratdı. Bu mənim bir dəqiqəlik video çarxım idi, paylaşdım. Heç kimdən icazə almayacaqdım. Hansı addımı niyə atıramsa, nəticə nə olacaqsa, gözəl bilirəm.
Hər qadının səmimiyyətini hiss edə bilirəm. Aygün Kazımovanın həqiqi olduğunu anladım. Onu gördüm ki, insan tam başqa şeylərin xəyalındadır. O da möhtəşəm konset vermək arzusudna idi və bunu gerçəkləşdirdi".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub