Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı problemlər yaşayıb.
Bu yaxınlarda gözündən əməliyyat olunan F.Kərimova BiG.AZ-a açıqlamasında gözlərinin daha da zəiflədiyini bildirib:
"Hər ay səhhətimlə bağlı yoxlanmağa gedirəm. Lakin son zamanlar gözlərimlə bağlı problemlərim var. Görməyim artıq pisləşib. Əməliyyatdan sonrada problem olmuşdu. İndi daha da irəliləyib".
Xalq artisti səhhəti ilə bağlı məclislələ çağırılan təklifləri dəyərləndirə bilməyib. Buna görə özünü günahkar hesab edən F.Kərimova təəssüf hissini bizimlə bölüşüb:
"Bir nəfər məni övladının xeyir işinə dəvət etmişdi. Gedəcəyimə söz verdim. Lakin vəziyyətim pisləşdi. Təzyiqim qalxdı, insult keçirtdim və dəvətə gedə bilmədim. İndiyə kimi də vicdanım sızıldayır. Hələ də özümə gələ bilmirəm. Həmin insana hörmətsizlik oldu".
Xalq artisti maddi problemlərindən danışıb. O bildirib ki, gəlir yeri yoxdur:
"Maddi cəhətdən mənə ailəm baxır. Övladlarım, yaxın insanlarım köməklik edir. Çox şükür ki, borcum xərcim yoxdur".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub