ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişi mərhum rejissor Şahin Zəkizadəyə həsr olunub.
Mynews.az xəbər verir ki, aktrisa Pərvin Abıyeva verilişdə yaxın dostu Şahin haqda danışıb.
O deyib ki, Şahinin atası da xərçəng xəstəliyindən əziyyət çəkirmiş: "Şahinin atası dəfn mərasimində idi, ancaq o nə olduğunu anlaya bilmirdi. Onun atası da uzun illərdi xərçəng xəstəliyindən əziyyət çəkir".
Aktrisa həmçinin Şahinlə həyat yoldaşı Səbinə xanımın evliliyindən də danışıb: "Şahinin atası ölümcül xəstə idi, Səbinə də hər an onların yanında idi. Onu da deyim ki, Şahin Səbinəyə evlilik təklifini də xəstəxanada edib, Səbinə də ona "hə" deyib. Sonra onlar birbaşa Bibiheybət məscidinə yollanıblar, Səbinə də o gündən başını bağlayıb"
Həmin görüntüləri təqdim edirik: