Tanınmış müğənni Nadir Qafarzadə yaradıcılığında yenilik edib.
Publika.az-ın məlumatına görə, ifaçı sözləri Nurlan Hatəmoğluna, musiqisi Ruslan Səfəroğluna məxsus “Sən olmasan olmaz” adlı mahnı oxuyub.
Yeni ifa etdiyi mahnı barədə N.Qafarzadə təəssüratlarını bölüşüb:
“Repertuarıma daxil etdiyim mahnılara öz övladım kimi yanaşıram. Mahnılarım mənim üçün doğmadır. Bunu hər kəs anlamaz. Şükür edirəm ki, bu günə qədər müxtəlif janrlarda, müxtəlif bəstəkarların mahnılarına müraciət eləmişəm”.
N.Qafarzadə onu bildirib ki, bir müddət Azərbaycanda olmayacaq:
“Artıq bu gün Dubaya gedirəm. Bir müddət başım bu şou-biznesin səs-küyündən uzaq olacaq. Bəziləri elə bilir ki, Azərbaycanı birdəfəlik tərk edirəm. Amma mənim üçün doğma yurdum bir başqadır. Yəni, məni Azərbaycandan getməyə məcbur edən səbəb yoxdur. Xoşbəxtəm. Sadəcə bir müddət Dubayda dincəlib qayıdacam. Çünki görüləcək xeyli işlər var”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub