ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin ilk aparıcısı yenidən işinin başına dönüb. Belə ki, verilişin bugünkü buraxlışını Elgiz Rövşanə ilə aparıb.
BiG.AZ xəbər verir ki, aparıcı Elgiz veriliş zamanı geyim mövzusuna toxunaraq "İnsan öz geyiminə güvənməlidir. Əli Mirəliyev özünə güvənir bu geyimdə?" sualı ilə müğənniyə müraciət edib. Xanım aparıcı Rövşanə həmkarının sualına replika verib: "Əli bəy, sabahdan "şortik" geyinin. "Şortik"lə daha rahat olacaq".
Müğənni Əli Mirəliyev şort mövzusuna maraqlı etirafı ilə diqqət çəkib:
"Mən azərbaycanlıyam. Həyətimdə "şortik" geyinib, küçəyə çıxmıram ki, qohum-qonşu hoydu-hoyduya qoyacaq. Mən 14 yaşımdan bu yana dənizə getmirəm. Çünki utanıram".
Müğənninin bu açıqlamasına aparıcı Rövşanə təəccübünü gizlətməyib: "Siz çox geridə qalmısınız. Neçənci əsrdə yaşayırsınız?!"
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub