Hollivudun qalmaqallı modeli Bella Hadid dünən 21 yaşını qeyd edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Bellanı təbrik etmək üçün ailə üzvləri: anası Yolanda Hadid, bacısı Cici Hadid və atası Məhəmməd Hadid Nyu-York restoranlarının birində axşam görüşüblər.
Amerikalı model öz doğum günü üçün iki yığcam tərz seçib: Günzdüz o, qısa ağ sarafan və açıq rəngli çəkmələrdə görünüb, doğmaları və dostları ilə axşam şam yeməyi üçünsə bədən quruluşunu vurğulayan qara rəngli seksual paltar və dikdaban ayaqqabılar geyinib.
Cici Hadid isə bacısının doğum gününə açıq çiyinli və yarımşəffaf detalları olan mavi kombinezonda gəlib.
Məlumat üçün bildirək ki, Bella və Cici Hadid bacıları dünyanın ən çox tələb olunan modelləridir. Onlar moda dünyasında seksual bacılar kimi şöhrət qazanıblar. Hadid bacıları fələstin əsilli milyoner Məhəmməd Hadidin qızlarıdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub