“Taxt oyunları” serialında baş rolu canlandıran Kit Harrinqton əjdahaların anası, aktrisa Emilia Klark ilə necə tanış olmasından danışıb.
Publika.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi xatirələrini belə canlandırıb:
“Emilia ilə tanış olmağımız dünənki kimi yadımdadır. Birinci mövsümdən öncə Belfastda bir hotelin barında idi. Orada bu gözəllər gözəli qızı görəndən sonra ağzım açıq qaldı. Zarafat anlayışı da o qədər gözəl idi ki, tez bir zamanda yaxın dost olduq”.
Serialın yayımlanan son seriyasında həmkarı ilə sevişmə səhnəsinə çəkilən Kit ombasına gələn təriflərdən də söz açıb. O bildirib ki, ombasının belə gözəl görünməsi üçün xeyli məşq edib: “Əgər 60 milyon insan ombanızı görəcəksə, buna hazır olmalısınız. Ona görə mən də tapşırığımı yaxşı yerinə yetirdim”.

K.Harrinqtonun “Ombanızın hamının xoşuna gəlməsi sizi narahat etmir ki?” sualına verdiyi cavab isə sosial mediada xeyli müzakirə olunub. O, aparıcıya gülərək belə cavab verib: “Yox, niyə narahat etsin ki? Ombamı hər kəsə göstərərəm”.
Qeyd edək ki, “Taxt oyunları” serialı ilə ulduzu parlayan aktyor serialda tanış olduğu Roz Lesli ilə nişanlıdır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub