Təkcə sıravi insanlar deyil, məşhurlar da kredit borclarının olmasından şikayətlənirlər. Bəs, hansı məşhurlarımızın kredit borcu var?
Metbuat.az bunla bağlı maraqlı soğru keçirib. Bir çox məşhurlarımız da bununla bağlı giley-güzar ediblər.
Əməkdar artist Aygün Kazımovanın prodüseri sualımızı belə cavablandırdı: “Aygün xanımın kredit borcu yoxdur. Biz işlərimizi elə görürük ki, banklara borcumuz olmasın".

Əməkdar artist Röya Ayxanın prodüseri Türkan Məmmədli də müğənninin borcu olmadığını dedi: “Adətən müğənnilər maşın alanda borca girirlər. O vaxt var idi, indi yoxdur.”

Əməkdar artist Mətanət İsgəndərlinin köməkçisi də borclarının olmadığını söylədi.

Müğənni Çinarə Məlikzadə isə nəinki banka, heç mağazaya da borclu olmadığını söylədi.

Müğənni Damla avtomobilini kreditə aldığı üçün banka borclu olduğunu dedi.

Müğənni Bahar Lətifqızı isə iki avtomobili olduğunu dedi: “Birini kreditlə, digərini lizinqlə almışam. Hər ikisinin də borcunu ödəmişəm.”

Əməkdar artist Baloğlan Əşrəfov da şükr edənlər arasındadır: “Allahıma şükrlər olsun, mənim kreditlə heç vaxt işim olmayıb”.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub