Yeni mövsümə başlayan "O səs Türkiyə" yarışmasında qalmaqal yaşanıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, seçimlər zamanı münsif kürsüsündə oturan və yarışmaya bu mövsüm qatılan Yıldız Tilbe ilə Gökhan Özoğuz dava edib.
Yarışmaya balkan mahnısı oxuyan bir qadın qatılıb. Onun ifasını bütün münsiflər bəyənib və dönüb, bircə Tilbe dönməyib. Çıxışın sonunda Yıldız "Sən türksənmiş... Mən səni əcnəbi bildim. Türk olduğunu bilsəydim, dönərdim" deyib. Onun bu sözlərinə əsəbiləşən Gökhandan etiraz gəlib.
Gökhan "Bu yarışmaya əcnəbilər də gəlir. Niyə dönmürsən ki" cavabını verib və irqçiliyi tənqid edib.
Tilbenin "Bu, "O səs Türkiyə" yarışmasıdır, mən türk axtarıram. Bura "O səs İngiltərə" deyil. Elə olsaydı, ingilis axtarardım" cavabı mübahisəni şiddətdləndirib.
Ayrıseçkiliyə qarşı çıxan Gökhan səsini daha da yüksəldərək etiraz edib:
"Sən o zaman kürdlərin yarışmasına da etiraz edərsən".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub