“Space tv”- nin aparıcısı Zamirə Dadaşovanın müəllifi olduğu “Ürəyini mənə aç” verilişinin çəkilişləri zamanı halı pisləşib. Xanım aparıcı sarsıntı keçirib.
Yenicag.az heç yerdə yayımlanmayan həmin görüntünü əldə edib.
Aparıcı hadisəni belə şərh edib:
“Verilişin qəhrəmanı Xocalıda əsir düşən və başına olmazın fəlakətlər gələn Dürdanə Ağayeva adlı xanım idi. Səhər onun evində çəkiliş etdik, ağrı-acısını danışdı. Daha sonra verilişin formatına uyğun olaraq, klinikada və restoranda olduq. Muğam ifaçısı Nigar Şabanova da bizimlə idi. Restoranda Dürdanə xanım yenə də yaşadığı dəhşətləri danışanda özümü saxlaya bilmədim. 20 yaşlı bir qızın başına gələn hadisələr məni şoka saldı. Qəfildən isterikaya düşdüm və hönkürtü ilə ağlamağa başladım. Kameraya işarə etdim ki, saxlayın. Su gətirib üzümə çilədilər, sakitləşdirici verdilər. Verilişi yarımçıq saxladıq. Sonradan efirdə həmin yeri basqa görüntü ilə doldurmalı olduq”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub