Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.
AZXEBER.COM xəbər verir ki, "Ülviyyə Alovlu ilə yaxşı münasibətim var. Sadəcə, o, hamıya müdaxilə edir deyə, mən əsəbiləşib demişdim ki, səni çıxaracağam. Anons isə elə hazırlanmışdı ki, sanki bizim böyük davamız olub”, - deyə G.Ələkbərova Oxu.Az-a açıqlama verib.
"O xanıma gəlincə isə (Vüsalə Kərimovanı nəzərdə tutur), əslində, hər şey normal idi. Sadəcə, o, birdən-birə tərbiyəsizlik etdi. Qadına yaraşmayan ifadələr səsləndirdi. Bundan sonra şouda ya o, ya da mən qalmalı idim. Əslində, mən qadınlara demişdim ki, gəlin, bir-birimizə dəstək olaq, kişiləri uzaqlaşdıraq, onlar da mənimlə razılaşmışdılar. Lakin o xanımın bu cür davranışından sonra heç bir qadın həmrəyliyindən söhbət gedə bilməzdi. Onun psixoloji problemləri var. O, anormaldır. Televiziya işçisidir deyə, başımıza çıxmalı deyil ki?!
Mən artıq 4-cü dəfədir "Maşın”da iştirak edirəm. Ona görə oyunun gedişatını yaxşı bilirəm. O xanım deyirdi ki, mənim rəqibim Talıbdır. Səsverməyə çıxsam, onu çıxaracağam. Amma şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”,- deyə G.Ələkbərova söyləyib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub