Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək hərbi qulluq yaşına çatmış şəxslər hərbi xidmətə çağırılırlar.
Bir neçə il öncə bəzi tanınmışların və məmurların övladları cürbəcür yollarla çağırışdan yayınmağa çalışırdılar. Onlar daha rahat keçən həyatlarından qopmaq istəmirdilər. Son illər isə bu yanaşmanın aradan qalxmaq üzrə olduğu görünür.
Metbuat.az bəzi məşhurların övladlarının hərbi xidmətdə olub-olmadıqlarını dəqiqləşdirməyə çalışıb.
Xalq artisti Alim Qasımov oğlunun hərbi xidmət keçdiyini söyləyib.

Xalq artisti Arif Babayevin 1 oğlu var. O da hərbi borcunu ödəyib.

Əməkdar artist Elza Seyidcahan da bildirib ki, oğlu hərbi xidmətini Qusarda çəkib.

Müğənni Tacir Şahmalıoğlunun oğlu isə əsgərlikdən təzə qayıdıb.

Müğənni Əlikram Bayramov da oğlunun hərbi xidmətdə olduğunu deyib.
Əməkdar artist Mətanət İskəndərli oğlunun hər xidmət keçdiyini deyib.

Müğənni Manaf Ağayev də oğlunun hərbi xidmətdən bu yaxınlarda qayıtdığını bildirib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub