Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu “Bakcell” şirkətinin icraçı direktoru Nikolay Bekers deyib.
Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də, simsiz rabitədən istifadə olunur: “Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər”.
N.Bekers mobil rabitə siqnalının qəbulunun zəif olduğu və ya heç olmadığı zonaların olmamasını da istisna etməyib.
O vurğulayıb ki, bu problemin qarşısının alınması üçün şirkət tərəfindəm 3G əhatə dairəsinin artırılması ilə bağlı işlər həyata keçirilib: “20-30 kilometrlik əhatə dairəsi olan bir baza rabitə keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Biz tikinti və genişləndirmə zamanı yüksək keyfiyyətli avadanlıqdan istifadə edirik. Bu gün artıq, demək olar ki, biz şəbəkənin əhatə səviyyəsinə görə yüksək göstəricilər əldə etmişik”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub