"Anaların əli ilə boşananlar özlərini hələ də həyatda tapa bilməyənlərdir".
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov ARB TV-nin “Günə davam” proqramında deyib.
Sənətçi bildirib ki, həyat yoldaşı Təranə ilə qonşu olub və ondan zəhləsi gedib:
"İndiki həyat yoldaşımla 25 ildir ki, qonşuyduq. Qardaşım və anamın istəyi ilə evlənmişik. Bizim 25 il bir-birimizdən zəhləmiz gedib. O, bizim qapıdan keçib gedirdi. Qapını açıb onu görürdümsə, bağlayırdım. O da çalışırdı ki, başqa yol ilə getsin, mənə salam verməsin. Amma qardaşı və bacıları ilə çox gözəl münasibətimiz var idi. Şükür Allaha ki, mən yarımı tapmışam”.
Kərim daha sonra əməkdar artist Mehriban xanlarova ilə məhkəmə işindən danışıb. O, aktrisaya məhkəmədə uduzduğu üçün 1200 manat təzminat ödədiyini söyləyib:
"Söz ağızdan çıxırsa, sənin deyil. Arxasında durmağı bacarırsansa, de. Amma deyib geri çəkiləcəksənsə, gedib kiminsə ayağına düşəcəksənsə, onu demə".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub