Ötən gün "5/5" verlişinin qonağı olan Əlikram Bayramov maraqlı açıqlama edib.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, müğənni verilişin aparıcısı Zaur Kamala "sənə yazığım gəlir" deyib.
Əlikram səbəbini belə izah edib:
"Arada sənə bir söz demək istəyirəm. Bu söz, doğurdan, mənim ürəyimdən gəlir. Mənim sənə yazığım gəlir! Demək, bu verilişə gələn qonaqlar ki var, Zaurun proqramına gələndə xüsusi hazırlaşırlar ki, Zaura cavab verim. Birdən tamaşaçılar arasında mənə deyirlər "Ə qardaş, Zaur sənə o qədər söz deyir. Niyə onun cavabını vermirsən?" Mən kompleksdə olmayan adamam. Mən yumoru sevirəm. Bu da əyləncəli bir proqramdır. İnsanlar işdən evinə yorğun gələn kim, qonaq gedib ekran önündə əyləşən kim, açıb bu verilişə baxır.
Amma birdən qonaqlardan biri bir də görürsən ki, inciyir - "Mənə nyə elə dedin?" 20 nəfərin içərisində getdim gördüm bir adam danışır. Deyir ki, "Gedib Zaurun cavabını verəcəm". Müğənni idi! Sabah efirdə idi, hazırlaşırdı ki, Zaurun cavabını versin. Bu aparıcı bizlə şou quurur, zarafat edir. Zaurun cavabını verəndən sonra genələ-genələ deyir ki, "Gördünüz neylədim"".
Zaur "Əlikram, dediyində böyük bir həqiqət var" söyləyərək müğənninin sözlərini təsdiq edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub