“O səs Türkiyə” jüriləri Yıldız Tilbe və Gökhan Özoğuzun çəkiliş meydançasında yaşadığı dava haqqında xəbərlərin ardı-arası kəsilmir.
Hər iki məşhurun “İrqi ayrı-seçkilik” savaşı çəkilişlərin dayanmasına səbəb olmuşdu.
Bu hadisədən sonra məsələ ilə bağlı ilk açıqlamanı Yıldız Tilbe tvitter hesabından yazıb. Müğənni onu irqi ayrı-seçkilikdə günahlandıran şəxsləri təhqir edərək, onları şərəfsiz adlandırıb:
“Məni gözləri götürmür. Nə olub-olmadığımı bilirəm. Allah da bilir. Mükəmməl səsi olan ispan iştirakçı türk mahnılarını necə oxuya bilər axı? Səsi yaxşı ola bilər, ancaq sözləri necə deyəcək? Axı, onun oxuduğu mənə təsir etməyəcək. Dilini başa düşmədiyim iştirakçını komandama almamağımı irqi ayrı-seçkilik adlandıranların Allah bəlasını versin. Mənə o sözü deyənlər şərəfsiz və namussuzdur”.
Qeyd edək ki, Yıldız Tilbe bu mövsümdən etibarən yarışmada jüri kimi iştirak edir./publika.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub