"Onlar bu əxlaqsızlığı, bu iyrəncliyi yəhudi sinaqoqu, hinduist məbədi, müsəlman məscidinin qarşısında edə bilərdilərmi? Onları parçalayardılar! Amma burada etdilər, çünki cəzalanmayacaqlarına əmindilər".
Yunanıstanın Rodos adasının sakinləri sosial şəbəkələrdə belə yazırlar.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, səbəb isə İngiltərənin Birmingem şəhərinin sakinləri, 27 yaşlı Mettyu Lunn və 34 yaşlı Karlinin toyda etdikləri əxlaqsızlıqdır.
Onlar Yunanıstanın Rodos adasında evlənməyə, toy etməyə qərar vermişdilər.
Toy günü qonaqlardan ayrılaraq avtomobilə minən bəylə gəlin Rodosdakı ən məşhur dini məkanlardan biri olan Müqəddəs Pavel monastırına yollanıblar.
Orada, monastırın həyətində Mettyu Lunnla Karli cinsi əlaqəyə giriblər,
Həmin anları Mettyunun dostlarından biri çəkib və sosial şəbəkədə paylaşıb.
Monastırın həyətində əxlaqsızlıq edən bəylə gəlini yunan keşişlər görüblər və Mettyu ilə Karlini qovublar.
Xəbər ildırım sürətilə yayılıb və Rodos polisi yunanların dini hisslərini təhqir edən tərbiyəsiz bəylə gəlindən adanı dərhal tərk etmələrini tələb edib.
Rodos bələdiyyəsi isə adadakı monastırlarda əcnəbilərin nikah və toy fotoları çəkdirmələrini yasaqlayıb.
Rodos adasının yepiskopu Kirill isə, ümumiyyətlə, Müqəddəs Pavel monastırına yaşı 40-dan az olan turistlərin girişini qadağan edib.





1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub