Həyat yoldaşına xəyanət etməkdə günahlandırılan türkiyəli müğənni Gülben Ergen Seda Sayanın verilişində açıqlama yayıb.
Publika.az xəbər verir ki, haqqında çıxan xəbərlərə od püskürən ifaçı ilk olaraq eks-həyat yoldaşı Erhan Çelikinin avtomobilinə hücum etməsi ilə bağlı danışıb:
“Belə bir açıqlama verdiyim üçün təəssüf edirəm. Hesabat vermək çox pis şeydir. İnsan haqlıdırsa, özünü müdafiə edər. Amma haqsızlıqla üzləşirsə, haqqını tələb etməlidir.
“Mən haqlıyam. Mənə qarşı qaralama kampaniyasına start verilib. Kənardan dəhşətlə izləyirəm. Mən bu adamı sevdim, ikinci dəfə ailə qurdum. Qaşına, gözünə, ürəyinə inandım, çox güvəndim. Binanın altındakı dayanacağa gecə saatlarında avtomobillə gəlib, iki saat gözləyib. Dostunu görmək üçün gəldiyini deyib. Maşınımı cızıq-cızıq edib.
Kaş deyərdi ki, medianın üç qəpiklik xəbərlərinə inandım, səhv etdim. Biz iki il evli olmuşuq, amma o, bir il ayrı evdə qalıb. Mən heç kəsi aldatmamışam. Təssüf ki, uşaqlarımın məndə belə olmayan naməhrəm fotolarını instaqramda paylaşıb. Uşaqlarımın atasını zorla saxladım. Axı, necə hamamda çəkilən fotoları paylaşa bilər? Atası ilə birgə uşaqlarımı ondan qoruyacam.
Mənim uşaqlarımın aslan kimi atası var. Ona necə ata deyə bilər? Uşaqlarım analarının eşqinə inanıb, ona qardaş dedilər. Mən hüquqi yolla savaşacam. Çox istəyirəm səhvini anlasın. Oturub məni müzakirə edirlər. Heç kim mənə əxlaq dərsi keçə bilməz!"
Qeyd edək ki, ifaçı Erhan Çeliklə evli olarkən Tolga Duğleslə eşq yaşamaqda günahlandırılır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub