Tədqiqatçı Füzuli Sabiroğlu "Bizim Cəbiş müəllim" filmindən kəsilən kadrları üzə çıxardıb. Milli.Az filmdə digər bir əsas obrazı yaradan xalq artisti Səfurə İbrahimova ilə əlaqə saxlayıb. O, saytımıza bunları deyib:
"Film o vaxtı çəkilib və qaldı keçmişdə. Bilmirəm, niyə bunlar köhnə kadrları açıb göstərirlər? Sənətkarı gözdən salmaq olmaz, bu bir filmdir. Mənim nə bu kadrlardan, nə də televiziya və saytlardan xəbərim var. İndi yenə yazacaqlar, efirdə danışacaqlar. Nəyə lazımdır bunu etmək? Mənim Şəfiqə xanımla bir səhnəm olmayıb, ona görə də bu kadrlar haqda bir söz deyə bilməyəcəyəm. Siz elə bilirsiniz ki, çəkilən hər şeyi filmdə göstərirlər? Mənim elə filmlərim olub ki, orada çəkildiyim bir çox kadrları çıxarıblar. Bu, yaradıcı işdir və bu qərarı filmin rəhbəri verir".

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub