Dünən Akademik Milli Dram Teatrında "Çippolino" tamaşası oynanılıb.
Mynews.az-ın Ölkə.Az-a istinadla məlumatına görə, gənc rejissor Əlif Cahangirlinin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.
Maraq doğuran digər məqam isə hazırda "Maşın" şouda iştirak edən Əməkdar artist Mehriban Xanlarovanın səhnəyə çıxması olub. O, albalı obrazını canlandırıb.
Rejissor Əlif Cahangirli əməkdaşımızla söhbətində bunları deyib: "Mehriban Xanlarova teatrımızın təcrübəli və sevilən aktrisalarındandır. Bildiyiniz kimi, hazırda "Maşın" şouda iştirak edir. Ancaq onun əsas iş yeri Akademik Milli Dram Teatrıdır. Ona görə də öncədən belə bir razılaşmamız oldu ki, tamaşalarda iştirak edəcək. Eyni zamanda, həmin şouda da iştirakı davam edir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub