Məşhur psixoloq Elnur Rüstəmovun xanımı və həmkarı Narınc Rüstəmovanın sosial şəbəkədə yerləşdirdiyi paylaşım maraqla qarşılanıb.
Mynews.az xəbər verir ki, o, özü barəsində “Bir zamanlar heç kimin sevmədiyi çirkin bir qadın var idi. Həmin çirkin qadını şərtsiz sevən bir cəngavər var idi. Gülüşü ilə ona hüzur, baxışı ilə içini isitdiyi, sözləri ilə qəlbini oxşayan cəngavər. O baxış heç əskilmədi. Bu çirkin qadın bir gün gəldi, hər kəsə göstərdi ki, çirkin qadın yoxdur, sadəcə, baxımsız qadın var. Məhəbbəti, övladı üçün fədakarlıq edən qadın var. Daha sonra o hamıya göstərdi ki, çirkinlik zahirən yox, daxilən olur. Onun baxımı artdı, daxili isə heç dəyişmədi. Hər zaman cəngavərinin gözündə gözəlçə şahzadə olaraq qaldı”, - sözlərini qeyd edib.
“Bəli, mən o xanımın geniş ürəyini, daxili gözəlliyini sevdim. Hələ də sevirəm. Yaxşı ki, varsan! Necə deyərlər, işdir, əgər ölsəm, bağışla”, - deyə E.Rüstəmov xanımın şərhinə cavab yazıb.
Qeyd edək ki, cütlüyün 2 övladı var.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub