70-ci illərdə "Naziri istefaya göndərən qadın" kimi tanınan aktrisa-müğənni Aynur Aydan 38 il sonra bununla bağlı danışıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, vaxtilə daxili işlər naziri Hasan Fehmi ilə yaşadığı eşq ilə gündəmdən düşməyən 71 yaşlı aktrisa onu hələ də unuda bilmədiyini deyib:
"Ondan incisəm də, unuda bilmirəm. Bəzən onunla görüşməyimizi qəzetlərə mənim məlumat ötürdüyümü iddia edirdi, amma heç bir media orqanının pul təklifini qəbul etməmişəm. Yenə mənə qayıtsa, ona baxaram. Biz bir-birimizi çox sevmişdik. 6 ay eşq yaşadıq. İndi həyat yoldaşı rəhmətə gedib. Xanımı ilə heç vaxt bir-birimizi narahat edib, artıq-əskik söz danışmadıq. Uşaqları məni çox istəyirdilər".
Qeyd edək ki, 1979-cu ildə Aynurla yaşadığı sevgi münasibəti üzə çıxan nazir Hasan Fehmi istefa etməyə məcbur olmuş, uzun müddət bu qeyri-qanuni sevgisi ilə gündəmdən düşməmişdi.

1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub