Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova indiyədək yalnız bir dəfə küsülü olduğu həmkarı ilə səhnəyə çıxdığını etiraf edib.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa uzun illərdən sonra ilk dəfə olaraq həmin aktyorun adını çəkib:
"Bunu ilk dəfədir ki, sizə deyirəm. Həyatımda yalnız bir dəfə - "Təhminə və Zaur" tamaşasında küsülü olduğum tərəf müqabilimlə səhnəyə çıxmışam: o aktyor da Fuad Poladov olub. Əslində, küsməyimizə ciddi bir səbəb də yox idi. Tamaşa ilə bağlı fikirayrılığı vardı, buna görə də danışmırdıq. Təsəvvür edin, biz küsülü ola-ola səhnəyə çıxıb, məşq edirdik. Hətta sevişmə səhnələrini belə məşq edəndə heç kəs küsülü olduğumuzu hiss etmirdi. Lakin premyera günü barışdıq və indiyə qədər də canbir qəlbdə dostuq. Tamaşadan sonra o, gəlib məni təbrik etdi və bununla da buzlar əridi. Fuad çox böyük sənətkardır, bunu hər kəs bilir. Mən onun xəstəlik xəbərinə çox üzülürəm, tezliklə şəfa tapmasını arzulayıram".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub