Rusiyanın Kovçeq teatrında çalışan azərbaycanlı aktyor Eşqin Quliyev Milli.Az-a müsahibə verib.
Mynews.az xəbər verir ki, o, “Gənc Tamaşaçılar Teatrını həmişəlik tərk edib Sankt-Peterburqa köçmüsünüz. Hətta orada teatrda da çalışırsınız. Azərbaycanı tərk etməyinizə səbəb nə idi?” sualına cavabında maddi imkanlarla bağlı yaranan problemlərə görə vətəni tərk etdiyini deyib.
“Rusiyada teatr sahəsi çox inkişaf edib. Hətta deyərdim ki, dünyada ən böyük teatr məktəbi bu ölkədədir. Həmişə istəmişəm ki, Rusiya teatrlarından birində çalışım. Şükür Allaha ki, buna da nail oldum. Hal-hazırda Rusiyanın Kovçeq teatrında fəaliyyətimi davam etdirirəm. Rusiyaya köçməyimin digər bir səbəbi isə maddi imkanlarımla bağlı idi. Mən Sumqayıtda yaşayırdım və qazandığım məvacib yolpuluna gedirdi. Buna baxmayaraq, sənət eşqi ilə alışıb-yanırdım. Bütün bu səbəblər mənim Azərbaycanı tərk edib, Rusiyaya köçməyimlə nəticələndi”, - deyə o bildirib.
Aktyor “Həyat yoldaşınız, Əməkdar artist Gülər Nəbiyeva ilə eyni teatrda çalışırdınız. O da sizinlə birlikdə Sankt Peterburqa gəldi?” sualına belə cavab verib: “Xeyr, Gülər xanım Gənc Tamaşaçılar Teatrında çalışır. Biz bir neçə ay olar ki, ayrılmışıq. Mən Güləri həmişə çox istəmişəm, indi də istəyirəm. Gülər mənim üçün Azərbaycan qadını simvoludur. Sənətinə də böyük hörmətim var. Həyatdır, hər şey olur, bizdə də belə oldu. Ayrılmağımıza səbəb isə özəl məsələlər idi. 7 il ailəli olduq”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub