Müğənni Mətanət Əsədova "5/5" verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, sənətçi qalmaqallı açıqlama verib. Bir müddət evvəl ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində aparıcısı Rövşanə Ağasəfqızı ilə mübahisə edən və proqramdan gedən Əsədova məsələyə aydınlıq gətirib.
O, aparıcı Zaur Kamalın "Son vaxtlar verilişlərdən küsüb gedirsən" sözlərinə cavab verib. Mətanət Rövşanəni naşılıqda günahlandırıb:
"Naşı, aparıcılıqdan xəbəri olmayan bədbəxt insan qarşıma çıxır. Bax o zaman efirdən çıxıb gedirəm. Qalsaydım o səviyyəyə düşəcəkdim. Ona görə də xanım kimi durub çıxdım".
Qeyd edək ki, sənətçi verilişə yazıçı-kulturoloq Aydınxan Əbilovla mübahisə edib. Yazıçının sənətçinin özünü qalmaqalla, geyimi ilə reklam etməsini deməsi qarşı tərəfi əsəbiləşdirib. M.Əsədova "Qarşınızda bu cür xanım sənətkar var. Sənətkarla sənətkar dilində danışmaq lazımdır. Bizə ucuz reklam lazım deyil" deyərək, studiyanı tərk edib.
Axşam.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub