“Pussycat Dolls”un keçmiş üzvü Kaya Jones ABŞ-da müzakirə edilməyə başlayan şou sektorundakı cinsi təcavüz iddialarına daha birini əlavə edib.
“A24.az”ın Türkiyə meduiasından əldə etdiyi məlumata görə, Jones musiqi qrupunun tərkibində olduğu zaman yüksələ bilmək üçün onlardan istəmədikləri şəxslərlə cinsi yaxınlıq etmələrinin tələb edildiyini idda edib. Ona görə də qrupdan ayrılmaq məcburiyyətində qaldığını deyib.

Jones şəxsi tvitter hesabından etdiyi paylaşımda cinsi təcavüz iddiaları ilə bağlı olaraq, özünün və qrupun digər üzvlərinin də təcavüzə məruz qaldıqlarını deyib.
Qrupa 2003-cü ildə hələ yetinlik yaşında qatılan və 2005-ci ildə qrupdan ayrılan Jonesun hər hansı bir şəxsin adını vermədən ortaya atdığı iddia ən azı 10 il bundan əvvəlki tarixə söykənir.
Digər tərəfdən qrupun qurucusu olan Robin Antin Jonesun iddialarını “iyrənc, axmaq iddialar” olaraq dəyərləndirib.
“The Blast” jurnalına açıqlama verən Antin Jonesun 15 dəqiqəlik məşhur olmaq üçün belə bir açıqlama verdiyini bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub