“Eşkiya Dünyaya Hökmdar Olmaz” serialının prodüseri Raci Şaşmaz “Denge Yatırım Holdinq”inin səhmlərinin 48,5 faizini alıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Denge Yatırım Holdinq”inin şəriki Rəcəb Əli Keydal səhmlərini Təyyar Raci Şaşmaza satıb. “Kurtlar Vadisi” serialı ilə karyerasına başlayan prodüser və ssenarist Təyyar Raci Şaşmaz səhmləri 5.335.430 ədəd imtiyazlı payı 55.4 milyon lirəyə (təxminən 27 milyon manat) alıb.
Raci Şaşmaz açıqlamasında bunları deyib:
“Aldığım səhmlərin ümumi nominal dəyəri 5.335.430 TL-dir. Bu səhmlərin şirkət kapitalında faizi 48,50, ümumi səs haqlarının faizi 81,23-dür".
Şirkətin səhmləri son vaxtlarda gündəlik əsasda 8,81 faiz artımla 3,58 TL iş görür.
Məlumat üçün bildirək ki, Raci Şaşmaz Necati Şaşmazın qardaşıdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub