Müğənni Mətanət Əsədova “5/5” verilişində ona hədiyyə edilən avtomobillərdən danışıb.
Mynews.az-ın məlumatına görə, müğənni aparıcı Zaur Kamalın “Deyirsən mənə maşınlar hədiyyə ediblər. Markaları nə olub” sualına belə cavab verib:
“Mənə “Range Rover”, “X5”lər, “Q7”, “Mercedes”, “Passat” veriblər. Maşın hədiyyələrini pis yerə yozmayın. Onlar arasında xanımların da bağışladığı hədiyyələr olub”.
M.Əsədova geyimlərinə xərclədiyi puldan danışıb:
“Bu günə kimi ən bahalı paltara 12 min vermişəm. Əynimdəki bu paltarı isə dostum hədiyyə edib, 3 min dollardır (təxminən 5100 manat)”.
Müğənni bildirib ki, səsi batsa, yemək bişirərək pul qazanacaq:
“Çörək alamğa, bazarlığa özüm gedirəm. İnsan ev də təmizləyər, yer də silər. Sabah səsim batsa, dizaynla və yemək bişirməklə məşğul olaram. Hətta bir dəfə gecə çörək almağa getdim. Saat 4-də xanımlar işləyirdi. Biri yuxulu idi, başladım onlara kömək etməyə. Çörəkləri təndirə yapdım. Mən bir həyatam. Həyat mənimlə başlayır”.


1
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
373 dəfə oxunub
2
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
349 dəfə oxunub
3
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
346 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
337 dəfə oxunub
5
İlham Əliyev fərman imzaladı
328 dəfə oxunub