ATV-də yayımlanan “Maşın” şounu tərk edən jurnalist Ülviyyə Alovlu“Instagram” hesabında verilişlə bağlı paylaşım edib.
Mynews.az xəbər verir ki, o, şou ilə bağlı izləyicilərin bilmədiyi iyrənc oyunların getməsi barədə fikirlər səsləndirib.
“Dostlar, “Maşın” şouda mənə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edir və qarşınızda baş əyirəm. Amma məni qınamayın, o bataqlıqdan çıxmağa fürsət axtarırdım, çünki bilmədiyiniz, görmədiyiniz çox iyrənc oyunlar gedirdi. Günlərlə bu haqsızlıqlarla mübarizə apardıqca, özüm də batırdım. Bir gün ayıldım ki, ya onlar kimi olmalıyam, ya da qaçıb can qurtarmalıyam. Çünki bu cığallıqlara qarşı çıxdığım efirin fraqmentlərini görəndə, özümdən bir xanım kimi utandım. Haqq istədiyim halda, özüm də nahaq görünməyə başlamışdım.
İlkin Misgərlinin ona dəyməyəcəyimə dair sözüm olduğunu bildiyi halda, mənə qarşı çıxması qərarım üçün son arqument oldu. Mənim üçün bu dünyada bir həqiqət var, o da dürüstlükdür. Bəlkə,mən idealistəm, amma mən də beləyəm və dəyişmək fikrim yoxdur”, – deyə jurnalist qeyd edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub